Bakı. 6 yanvar. REPORT.AZ/ İtaliyanın "Roma" klubu Türkiyə "Beşiktaş"ının yarımmüdafiəçisi Oğuzxan Özyaquba maraq göstərir.
"Report" "Football Italia"ya istinadən xəbər verir ki, İtaliya klubu futbolçunu "qış transfer pəncərəsi" dövründə əldə etmək variantını nəzərdən keçirir.
Transferin məbləği 10 milyon avro təşkil edə bilər.
Bildirilir ki, 26 yaşlı Özyakub "Arsenal"ın yetirməsidir. O, 2012-ci ildə "Beşiktaş"a keçib. Futbolçunun transfer məbləği 500 min avro olub.
Oğuzxan cari mövsümdə Türkiyə milli futbol liqasında 13 oyun keçirib və 1 qolun müəllifi olub. Onun İstanbul klubu ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.
Özyaqub Niderlandda doğulub və "AZ Alkmar" klubunun məktəbində təhsil alıb. 16 yaşında London "Arsenal"ının akademiyasına keçib və onun heyətində iki dəfə İngiltərə gənclər çempionatının qalibi olub.
Daha əvvəl futbolçu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb.