"Beşiktaş"ın Abdullah Avcıya ödəyəcəyi təzminat məbləği bəlli oldu

"Beşiktaş"ın Abdullah Avcıya ödəyəcəyi təzminat məbləği bəlli oldu Klub qərarla bağlı apellyasiya şikayəti verəcəyini açıqlayıb
Futbol
15 Aprel , 2021 20:22
Beşiktaşın Abdullah Avcıya ödəyəcəyi təzminat məbləği bəlli oldu

Türkiyə Futbol Federasiyasının Mübahisəli Məsələlərin Həlli Palatası "Beşiktaş"la keçmiş baş məşqçisi Abdullah Avcı arasındakı təzminat qalmaqalı ilə bağlı qərar verib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi 58 yaşlı mütəxəssisə ümumilikdə 17,8 milyon türk lirəsi təzminat ödəyəcək.

Klub qərarla bağlı apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, Abdullah Avcı 2019/2020 mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi