Çempionlar Liqası: "Beşiktaş" İtaliya klubunu, "Barselona" keçmiş baş məşqçisinin komandasını məğlub edib

Çempionlar Liqası: "Beşiktaş" İtaliya klubunu, "Barselona" keçmiş baş məşqçisinin komandasını məğlub edib A, B, C və D qruplarında yer alan komandalar mübarizəyə start verilib
Futbol
115
20 Oktyabr , 2016 00:51
Çempionlar Liqası: Beşiktaş İtaliya klubunu, Barselona keçmiş baş məşqçisinin komandasını məğlub edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun son oyunları keçirilib.

"Report"un məlumatına görə, gecənin mərkəzi görüşü C qrupunda baş tutub. İspaniyanın "Barselona" klubu İngiltərə "Mançester Siti"sini qəbul edib. Oyunu maraqlı edən əsas amil "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın əvvəllər "Barsa"nın sükanı arxasında əyləşməsi idi. 

Kataloniya təmsilçisi keçmiş baş məşqçisini məyus edib. Böyükhesablı qələbə qazanan "Barsa"nın heyətində Lionel Messi "het-trik" edib. Penaltini qaçıran Neymar daha sonra oyun vəziyyətindən fərqlənə bilib. Komandalardan hərəyə bir futbolçu meydandan qovulub.

Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə "Beşiktaş"ı ilk qələbəsini İtaliyada "Napoli" üzərində qazanıb. İstanbul klubu 3 dəfə hesabda irəlidə olduğu oyunu sonda qalib kimi başa vurub və lider "Napoli" ilə xal fərqini minimuma endirərək 2-ci pillədə yerini möhkəmlədib.

Çempionlar Liqası, qrup oyunları, III tur

A qrupu

22:45. "Arsenal" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan) - 6:0

Qollar: Aleks Sançes, 12, Teo Uolkott, 42, Aleks Oksleyd Çemberleyn, 47, Məsut Özil, 56, 83, 87

22:45. PSJ (Fransa) - "Bazel" (İsveçrə) - 3:0

Qollar: Anxel Di Mariya, 40, Lukas, 62, Edison Kavani, 90+3

Xal durumu: "Arsenal" - 7. PSJ - 7. "Bazel" - 1. "Ludoqorets" - 1.

B qrupu

22:45. "Napoli" (İtaliya) - "Beşiktaş" (Türkiyə) - 2:3

Qollar: Dris Mertens, 30, Manolo Qabbiadini, 69-penalti ilə - Adriano, 13, Vinsent Abubakar, 38, 86

50-ci dəqiqədə Lorenzo İnsinye ("Napoli") penalti zərbəsini dəıqiq yerinə yetirə bilməyib.

22:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2

Qollar: Eduardo Salvio, 9-penalti ilə, Franko Cervi, 55

Xal durumu: "Napoli" - 6. "Beşiktaş" - 5. Benfika" - 4. "Dinamo" - 1.

C qrupu

22:45. "Seltik" (Şotlandiya) - "Borussiya" (Mönhenqladbax, Almaniya) - 0:2

Qollar: Lars Stindl, 57, Andre Hahn, 77

22:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 4:0

Qollar: Lionel Messi, 17, 61, 69, Neymar, 89

Qırmızı vərəqə: Jeremi Matyö, 73 ("Barselona, ikinci sarı), Klaudio Bravo, 53 ("Mançester Siti", birbaşa)

87-ci dəqiqədə Neymar ("Barselona") penati zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 4. "Borussiya" - 3. "Seltik" - 1.

D qrupu

22:45. "Rostov" (Rusiya) - "Atletiko" (İspaniya) - 0:1

Qol: Yannik Karrasko, 62

22:45. "Bavariya" (Almaniya) - PSV (Hollandiya) - 4:1

Qollar: Tomas Müller, 13, Coşua Kimmix, 30, Robert Levandovski, 59, Aryen Robben, 84 - Lusiano Narsinq, 41

Xal durumu: "Atletiko" - 9. "Bavariya" - 6. "Rostov" - 1. PSV - 1.

Son xəbərlər

Orphus sistemi