Bernar Şalland: "Azərbaycanı qrupun favoriti sayıram"

Bernar Şalland: "Azərbaycanı qrupun favoriti sayıram" Bakı. 6 sentyabr. REPORT.AZ/ Bizim üçün yeni məcranın başlanğıcıdır. Millətlər Liqası çox gözəl turnirdir. AVRO-2020-yə vəsiqə qazanmaq bizim də arzumuzdur.
Futbol
6 Sentyabr , 2018 19:30
Bernar Şalland: Azərbaycanı qrupun favoriti sayıram

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Bizim üçün yeni məcranın başlanğıcıdır. Millətlər Liqası çox gözəl turnirdir. AVRO-2020-yə vəsiqə qazanmaq bizim də arzumuzdur".

"Report" xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

67 yaşlı isveçrəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Rəqibin güclü və zəif cəhətləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan millsi haqqında məlumatım var. Məşqçiyəm, araşdırmışam. Bu mənim işimdir. Azərbaycan ötən seçmə mərhələdə 10 xal toplayıb. FIFA retinqindən də üst pillədədir. Azərbaycanı qrupun favoriti sayıram. Bizim çox güclü qrupumuz var. Malta və Farer adaları da yaxşı komandalardır. D liqasının ən güclü qrupu bizimkidir.

- Azərbaycan millisini favorit sayırsınız. Bəs Kosovo yığması buraya nəyə gəlib?

- Belə deməkdə məqsədim Kosovonun cavan komanda olmasını vurğulamaqdır. Biz cəmi bir seçmə mərhələ görmüşük. Belə cavan komanda ilə bura gəlib qalib gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdür.

- Kosovo millisinin futbolçuları Avropanın klublarında çıxış edir. Bu sizin üçün üstünlükdür?

- Bayaq da dedim, Kosovo yeni yığmadır. Bəli, bizim futbolçular başqa ölkələrdə çıxış edirlər. Bu bizim üçün üstünlükdür. Azərbaycanlı futbolçuların xarici klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə, burda onlara daha çox pul verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalar üçün çətin olacaq. Amma AVRO-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddir.

- Valon Berişanın yoxluğu oyununuza mənfi təsir edəcək?

- Təbii ki, Berişa ən məşhur və yaxşı oyunçularımızdan biridir. Təəssüf ki, zədə səbəbindən oynaya bilməyəcək. Oktyabrda sıraya dönməlidir. Məşqçi kimi ona layiqli əvəzləyici tapmalıyam.

- Hücumda sürətli oyunçuları oynadacaqsınız, yoxsa boyu uca forvardlara şans verəcəksiniz?

- Yaxşı sual deyil (gülür). Komandam haqqında indidən məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, hücumçuların sayı 2 olacaq.

- Besar Haliminin yoxluğunda komandadan yaradıcılıq gözləyirsiniz?

- Bəli, Halimi yardıcılıq baxımından önəmli oyunçudur. Amma onun yerinə cavan futbolçularımız var. Problem olmamalıdır.

Son xəbərlər

Orphus sistemi