Belçikalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək

Belçikalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək Belçikanın "Ekselsior" komandasının futbolçusu Ayyub Allah karyerasını Azərbaycanda davam etdirəcək.
Futbol
2 Fevral , 2023 20:49
Belçikalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək

Belçikanın "Ekselsior" komandasının futbolçusu Ayyub Allah karyerasını Azərbaycanda davam etdirəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən klubu ilə müqaviləsini pozub.

Mərakeş əsilli belçikalı oyunçunun Azərbaycanın hansı komandasına keçəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Ayyub Allah bu mövsüm "Ekselsior"un heyətində 14 oyun keçirib. O, daha əvvəl ölkəsində "Lyers" və ABŞ-da "Sportinq Kanzas Siti"inin də formasını geyinib.

Son xəbərlər

Orphus sistemi