Belçikalı futbolçu: “Azərbaycan bizə problem yaradan hörmətəlayiq rəqibdir”
Futbol
- 11 sentyabr, 2023
- 05:59
“Azərbaycan bizə problem yaradan hörmətəlayiq rəqibdir”.
“Report”un məlumatına görə, bunu Belçika yığmasının futbolçusu Amadu Onana Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.
22 yaşlı yarımmüdafiəçi matçda çətinliklərlə üzləşdiklərini bildirib: “Mürəkkəb meydançada çətin oyun oldu. İnsanlar asanlıqla qalib gələcəyimizi gözləyirdilər. Lakin asan matç olmur. Məqsəd Bakıda qol vurmaq və 3 xal qazanmaq idi. Ən başlıcası qələbə qazanmaqdır. Düşünürəm ki, meydanın mərkəzinə düzgün nəzarət etdik. Müdafiə ilə yaxşı anlaşma içində olduq və xətlər arasındakı aqressivliyi qorumağa çalışdıq”.
Qeyd edək ki, “Dalğa Arena”da təşkil olunan qarşılaşmada yeganə qola Yannik Karrasko imza atıb.
Son xəbərlər
19:26
Foto
Video
Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib - YENİLƏNİB-2
İnfrastruktur19:25
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Xarici siyasət19:25
BƏƏ-də helikopter qəzasında iki hərbçi həlak olub
Digər ölkələr19:07
Foto
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
Daxili siyasət18:56
ABŞ və İsrail İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb
Region18:33
Foto
Azərbaycan BMT-nin Qadınların Statusu üzrə Komissiyasının iclasında təmsil olunur
Xarici siyasət18:22
Foto
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Xarici siyasət18:15
Foto
İtkin düşən 88 yaşlı kişi axtarılır
Hadisə18:10