Belçika millisinin Azərbaycanla oyun üçün ehtimal olunan start heyəti açıqlanıb

Futbol
  • 08 sentyabr, 2023
  • 05:32
Belçika millisinin Azərbaycanla oyun üçün ehtimal olunan start heyəti açıqlanıb

Belçika yığmasının Azərbaycan millisinə qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunu üçün ehtimal olunan start heyəti bəlli olub.

"Report" xəbər verir ki, "Hnl" nəşrininin versiyasına görə baş məşqçi Domeniko Tedesko qarşılaşmada 4-4-2 taktiki sxeminə üstünlük verəcək.

Qapıçı: Kun Kastels

Müdafiəçilər: Orel Manqala, Dodi Lukebakio, Vout Faes, Amadou Onana

Yarımmüdafiəçilər: Olivye Deman, Zeno Debast, Şarl de Ketelare, Timoti Kastan

Hücumçu: Mişi Batşuayi, Yohan Bakayoko

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq qarşılaşma saat 17:00-da start götürəcək.

44 filmi