Belarus millisinin sabiq futbolçusu koronavirusdan vəfat edib

Belarus millisinin sabiq futbolçusu koronavirusdan vəfat edib Belarus millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun sabiq futbolçusu Denis Kovba dünyasını dəyişib.
Futbol
18 Noyabr , 2021 14:04
Belarus millisinin sabiq futbolçusu koronavirusdan vəfat edib
Denis Kovba

Belarus millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun sabiq futbolçusu Denis Kovba dünyasını dəyişib.

"Report" Samara təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı veteran yarımmüdafiəçi koronavirusdan vəfat edib.

Qeyd edək ki, peşəkar karyerası ərzində 260 oyun keçirmiş Denis Kovba 8 qol vurub və 10 məhsuldar ötürmə edib. O, 2004-cü ildə "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasının bürünc medallarını qazanıb. Keçmiş futbolçu ölkəsinin "Lokomotiv" (Vitebsk), Ukraynanın "Zvezda" və "Aleksandriya", Çexiyanın "Sparta" (Praqa) və Rusiyanın "Ximki" klublarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi