Belarus millisinin baş məşqçisi: "Komanda uzun müddət idi mənim rəhbərliyim altında qalib gələ bilmirdi"

Belarus millisinin baş məşqçisi: "Komanda uzun müddət idi mənim rəhbərliyim altında qalib gələ bilmirdi" "Bizim üçün qələbə qazanmaq vacib idi"
Futbol
1202
23 Mart , 2018 22:35
Belarus millisinin baş məşqçisi: Komanda uzun müddət idi mənim rəhbərliyim altında qalib gələ bilmirdi

Bakı. 23 mart. REPORT.AZ/ "Bizim üçün qələbə qazanmaq vacib idi. Çünki komanda uzun müddət idi mənim rəhbərliyim altında qalib gələ bilmirdi".

"Report" xəbər verir ki, bunu Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko Bakı Olimpiya Stadionunda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib. 54 yaşlı mütəxəssis bildirib ki, hazırlıq dönəmdində daha çox top saxlamaq və hücum qurmağa üstünlük veriblər:

"Bu, ilk dəqiqələrdə alınırdı. Lakin sonradan güc çatmadı. Rəqib bizi sıxırdı. İstədik bu zaman boşluqdan istifadə edək. Bəzən alınırdı, bəzən yox".

Kriuşenko Belarusda çempionatın hələ başlamamasının təsirini də vurğulayıb:

"Azərbaycan yığmasının futbolçuları yeni ildə 6 tur oynayıb. Bu baxımdan, rəqib bizdən üstün idi".

Baş məşqçi "Belarusda hokkeyə daha çox maraq var. Lakin ölkə prezidenti Aleksandr Lukaşenko futboldan da nəticə gözlədiyini deyib. Bu, sizin üçün əlavə təzyiq deyildi?" sualını isə belə cavablandırıb:

"Bu, təzyiq yox, stimuldur. İnkişaf üçün yaxşı futbolçular lazımdır. Problemimizi demişəm. Oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Lakin artıq investisiya var. İnanırıq ki, nəticələr də yaxşı olacaq".

Orphus sistemi