Bekhem Modriçi “İnter Mayami”də görmək istəyir

Bekhem Modriçi “İnter Mayami”də görmək istəyir “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç yaxın vaxtda komandanı tərk edə bilər.
Futbol
3 Oktyabr , 2023 07:13
Bekhem Modriçi “İnter Mayami”də görmək istəyir

“Real”ın yarımmüdafiəçisi Luka Modriç yaxın vaxtda komandanı tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, ABŞ-nin “İnter Mayami” klubu xorvatiyalı futbolçunu heyətində görmək istəyir. Florida təmsilçisinin sahibi Devid Bekhem 38 yaşlı oyunçuya böyük maraq göstərir.

Qeyd olunub ki, Modriç "Kral klubu"nu tərk etməyə yaxın olsa da, hazırda Madrid klubundakı oyunlarına köklənib, çünki yenə əsas heyət üzvü olmaq istəyir.

Xatırladaq ki, 2012-ci ildə Modriç “Real”dan “Tottenhem”ə keçib. Bu müddət ərzində xorvatiyalı futbolçu 495 oyuna çıxıb, 37 qol və 77 məhsuldar ötürmə ilə fərqlənib.

Futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulub. “Transfermarkt”a görə, oyunçunun təxmini qiyməti 10 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi