Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik" "Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik. Hər 3 qarşılaşmada əlimizdən gələni etdik".
Futbol
25 Sentyabr , 2022 23:09
Bəhlul Mustafazadə: Qələbələrin davamlı olmasını istəyirik

"Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik. Hər 3 qarşılaşmada əlimizdən gələni etdik".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı müdafiəçi B Divizionuna yüksələ bilmədikləri üçün məyus olduqlarını bildirib: "Bunu bacara bilərdik. Qazaxıstanla səfər matçında qalib gəlmək imkanımız var idi. Təəssüf ki, 2-ci hissədə qollar buraxdıq".

Onun sözlərinə görə, şans varsa, yararlanmaq lazımdır: "Pley-offa vəsiqə qazansaq, əla olar. İstənilən halda, uğurlu seriyanı davam etdirməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi