Bəhlul Mustafazadə: "İqlim dəyişikliyi bizim üçün problem olmayacaq"

Bəhlul Mustafazadə: "İqlim dəyişikliyi bizim üçün problem olmayacaq" "Artıq iqlim dəyişikliyinə öyrəşmişik. Bu, bizim üçün problem olmayacaq".
Futbol
26 Mart , 2023 19:54
Bəhlul Mustafazadə: İqlim dəyişikliyi bizim üçün problem olmayacaq

"Artıq iqlim dəyişikliyinə öyrəşmişik. Bu, bizim üçün problem olmayacaq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi bildirib ki, Avstriya 1:4 hesabı ilə uduzduqları ilk tur matçında qolların buraxılması bütün müdafiə xəttinin günahı idi: "Əslində görüşə yaxşı başlamışdıq. Bir neçə epizodda komanda yoldaşlarımı sığortalamalı idim, amma bacarmadım. Səhvlərdən dərs çıxarmaq lazımdır. İnanıram ki, sabahkı matçda bunlar təkrarlanmayacaq".

Təcrübəli oyunçu yığmanın əsas müdafiəçisi olmasının üzərində təzyiq yaratdığını gizlətməyib: "Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq".

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi