Bədavi Hüseynov "Qarabağ"ın 700-cü ev qolunun müəllifi olub
Futbol
- 02 noyabr, 2020
- 06:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna Bədavi Hüseynov imza atıb. Təcrübəli müdafiəçi Premyer Liqanın VIII turunun “Keşlə” ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub.
Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.
Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixində ilk qolun müəllifi olub.
Son xəbərlər
09:38
Naxçıvanda 9 ayda 183 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilib
ASK
09:34
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət
09:33
Məsud Pezeşkian İrəvanda səfərdədir
Region
09:32
Tramp: Zelenskinin pərəstişkarı deyiləm
Digər ölkələr
09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Futbol
09:23
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Fərdi
09:22
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Hadisə
09:14
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək
Futbol
09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.10.2026)
Maliyyə