"Bazel"in baş məşqçisi: "Bu komandalarla oyunlarda azarkeş yığa bilməyəcəyik"

"Bazel"in baş məşqçisi: "Bu komandalarla oyunlarda azarkeş yığa bilməyəcəyik" "Təəssüf ki, cəlbedici klublarla eyni qrupa düşmədik".
Futbol
27 Avqust , 2021 23:47
Bazelin baş məşqçisi: Bu komandalarla oyunlarda azarkeş yığa bilməyəcəyik

"Təəssüf ki, cəlbedici klublarla eyni qrupa düşmədik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis qrupdakı kollektivlərlə oyunlarda stadiona azarkeş yığa bilməyəcəklərini bildirib: "Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Lakin burada müsbət məqamlar da var. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".

Qeyd edək ki, "Qarabağ" "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə H qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi