“Bayer 04”ün futbolçusu: “Bu klubun Avropada böyük nüfuzu var”
Futbol
- 09 noyabr, 2023
- 08:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bu klubun Avropada böyük nüfuzu var”.
“Report” xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Qranit Caka komandası barədə danışarkən deyib.
İsveçrəli yarımmüdafiəçi yay fasiləsində İngiltərə “Arsenal”ından Bundesliqa təmsilçisinə transfer olunmaqla doğru qərar qəbul etdiyini bildirib: “Baş məşqçi Xabi Alonso ilə danışıqlar zamanı hiss etdim ki, uzunmüddətli layihə üçün bura gəlməyə dəyər. Həm avrokuboklarda, həm də Bundesliqada iddialıyıq. Klubun necə düzgün idarə olunduğunu görürəm”.
Qeyd edək ki, “Bayer 04” növbəti oyununu bu gün Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
Son xəbərlər
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region