Baxımlı qol qadın hakimin səhvi ucbatından sayılmadı

Baxımlı qol qadın hakimin səhvi ucbatından sayılmadı Portuqaliyanın "Benfika" və Rusiyanın "Kristall" klubları arasında çimərlik futbolu üzrə Avropa Çempionlar Kubokunun 1/16 final oyununda kuryoz hadisə baş verib.
Futbol
16 İyul , 2021 17:02
Baxımlı qol qadın hakimin səhvi ucbatından sayılmadı

Portuqaliyanın "Benfika" və Rusiyanın "Kristall" klubları arasında çimərlik futbolu üzrə Avropa Çempionlar Kubokunun 1/16 final oyununda kuryoz hadisə baş verib.

"Report"un məlumatına görə, görüşün sonlarında Lissabon təmsilçisinin vurduğu baxımlı qol İtaliyadan olan qadın hakimin kobud səhvi nəticəsində qeydə alınmayıb.

Həmin epizodda top qapıya daxil olsa da, hakim onun qapı tirindən qayıtdığını iddia edib. Qərar böyük narazılığa səbəb olsa da, nəticə dəyişməyib. Minimal hesablı qələbə qazanan "Kristall" 1/8 finala adlayıb.

Son xəbərlər

Orphus sistemi