"Yuventus", "İnter" (hər ikisi İtaliya) "Bavariya" (Almaniya) və "Barselona" (İspaniya) klublarında çıxış etmiş Arturo Vidal cinsi təcavüzdə ittiham olunub.
"Report" "TVN"ə istinadən xəbər verir ki, Çili prokurorluğu 37 yaşlı futbolçu barədə daxil olan şikayət əsasında araşdırmaya başlayıb.
Şikayət edən qadın Çilidəki barların birində cinsi təcavüzə məruz qaldığını bildirib.
Vidal polis bölməsinə aparılsa da, həbs olunmayıb.
Faktla bağlı araşdırma aparılır.