"Bavariya" dünya çempionunu transfer edib

"Bavariya" dünya çempionunu transfer edib Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
9 Yanvar , 2019 13:18
Bavariya dünya çempionunu transfer edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızılar” “Ştutqart”dan Benjamen Pavarı alıblar. “Bavariya”nın idman direktoru Hasan Salihamiciçin sözlərinə görə, Fransa yığmasının 22 yaşlı müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.

Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. Daha öncə müxtəlif KİV-lərdə “Bavariya”nın “Ştutqart”la 2021-ci ilin yayına qədər müqaviləsi olan futbolçu üçün klubuna 35 milyon avro ödəyəcəyi bildirlirdi.

Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub. O, mundialda vurulan ən yaxşı qolun müəllifidir.

Son xəbərlər

Orphus sistemi