"Bavariya"nın seriyası qırıldı, futbolçusu rekorda imza atdı

"Bavariya"nın seriyası qırıldı, futbolçusu rekorda imza atdı Hücumçu qitənin bir nömrəli klub turnirində 48-ci qolunu vurub
Futbol
8 Aprel , 2021 09:38
Bavariyanın seriyası qırıldı, futbolçusu rekorda imza atdı

Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirində 48-ci qolunu vurub.

Almaniyalı forvard Fransa PSJ-sinə 2:3 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin ilk matçında fərqlənib. O, Çempionlar Liqasında bombardirlər siyahısında Andrey Şevçenko və Zlatan İbrahimoviçə çatıb.

Müllerdən daha çox qolu Alfredo di Stefano (49) Tyerri Anri (50), Rud van Nistelroy (56), Kərim Benzema (70), Raul Qonsales (71), Robert Levandovski (73), Lionel Messi (120) və Kriştianu Ronaldu (134) vurub.

"Bavariya" həmçinin 2019-cu ilin noyabrından sonra ilk dəfə doğma meydanda uduzub. Münhen təmsilçisi son olaraq 2019/2020 mövsümündə Bundesliqanın XIII turunda "Bayer" (Leverkuzen) klubuna məğlub olub.

Qeyd edək ki, PSJ və "Bavariya" komandaları arasındakı cavab matçı aprelin 14-də olacaq.

Son xəbərlər

Orphus sistemi