"Bavariya"nın İdarə Heyətinin sədri ECA prezidenti vəzifəsini tərk edib

"Bavariya"nın İdarə Heyətinin sədri ECA prezidenti vəzifəsini tərk edib Qurumun yeni prezidenti bu gün müəyyənləşəcək
Futbol
5 Sentyabr , 2017 10:01
Bavariyanın İdarə Heyətinin sədri ECA prezidenti vəzifəsini tərk edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti postunu tərk edib. 

"Report"un məlumatına görə, bu barədə ötənlərin tanınmış futbolçusunun özü açıqlama verib.

Rummenige 2008-ci ilin yanvarında əsası qoyulduğu gündən ECA-ya rəhbərlik edib. Onun fikrincə, qurum güclü və UEFA-nın dürüst tərəfdaşı olub: "10 illik fəaliyyətimiz dövründə biz əvvəlcədən nəzərdə tutduğumuzdan daha çoxuna nail ola bildik. Heç kim ömrünün sonunadək bir postda qala bilməz. Bu vəzifəni təmiz vicdanla tərk edirəm".

Qeyd edək ki, ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Yeni prezident bu gün seçiləcək.  

Son xəbərlər

Orphus sistemi