"Bavariya"nın futbolçusunun zorakılıqla bağlı şikayəti təmin olunub

"Bavariya"nın futbolçusunun zorakılıqla bağlı şikayəti təmin olunub Məişət zorakılığında ittiham olunan Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Lukas Ernandesin apellyasiya şikayəti təmin edilb
Futbol
161
27 Oktyabr , 2021 12:42
Bavariyanın futbolçusunun zorakılıqla bağlı şikayəti təmin olunub
Lukas Ernandes

Məişət zorakılığında ittiham olunan Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Lukas Ernandesin apellyasiya şikayəti təmin edilb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Madrid Əyalət Məhkəməsi qərar çıxarıb. Ernandesin 6 aylıq həbs cəzası təxirə salınıb.

Məhkəmənin qərarına əsasən, 25 yaşlı müdafiəçi 4 il ərzində yeni cinayət törətsə, ona cəza veriləcək. Buna baxmayaraq Ernandes 96 min avro cərimə ödəyəcək.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.

Son xəbərlər

Orphus sistemi