"Bavariya"nın futbolçusu imtahana qatılacağı üçün dünya çempionatına aparılmır
Futbol
- 12 iyun, 2025
- 11:46
Almaniyanın "Bavariya" klubunun futbolçusu Uisdom Mayk imtahanda iştirak edəcəyi üçün klublararası dünya çempionatına qatılmayacaq.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi məktəbi bitirdiyinə görə Almaniyada qalmalı olub.
Oyunçu hələlik Münhen təmsilçisinin əsas komandasında debüt edə bilməyib. Onun ilk belə imkanı ABŞ-dəki turnirdə əldə edəcəyi gözlənilirdi.
Qeyd edək ki, Uisdom Mayk 2024/2025 mövsümündə "Bavariya"nın gənclər komandasında 23 matçda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.
Son xəbərlər
09:49
Ermənistan XİN rəhbərinin müavini Dövlət Departamentində danışıqlar aparacaq
Digər ölkələr09:47
Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıb
Energetika09:40
Azərbaycan Basketbol Liqası: X turda daha iki görüş baş tutacaq
Komanda09:38
Bakıda "Kənddən şəhərə" Yeni il yarmarkası keçiriləcək
ASK09:37
ABŞ "Green Card" lotereyasını müvəqqəti dayandıracaq
Digər ölkələr09:17
İlin mediası – "Tech Xəbər" seçildi
İKT09:15
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur09:13
Sabunçuda avtoqəza olub, ölən var
Hadisə09:08