"Bavariya"nın futbolçuları uzun müddətə sıradan çıxıblar

Futbol
  • 26 mart, 2025
  • 13:49
Bavariyanın futbolçuları uzun müddətə sıradan çıxıblar

Almaniyanın "Bavariya" klubunun futbolçuları Alfonso Deyvis və Dayo Upamekano uzun müddətə sıradan çıxıblar.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kanada millisinin üzvü olan A.Deyvisin çarpaz bağlarının qopduğu və əməliyyat olunacağı bildirilib. Bu səbəbdən 24 yaşlı yarımmüdafiəçi cari mövsümün qalan hissəsində meydana çıxmayacaq.

D.Upamekanonun isə sol diz oynağında zədə aşkarlanıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.

Qeyd edək ki, A.Deyvis Kanadanın ABŞ-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnib. D.Upamekano isə Fransa millisinin heyətində olarkən sıradan çıxıb.