"Bavariya" dünya çempionu ilə vidalaşıb

"Bavariya" dünya çempionu ilə vidalaşıb Almaniya "Bavariya"sı futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb.
Futbol
30 May , 2022 16:44
Bavariya dünya çempionu ilə vidalaşıb

Almaniya "Bavariya"sı futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi