"Bavariya"dan ayrılan dünya çempionu Fransa klubuna keçib

"Bavariya"dan ayrılan dünya çempionu Fransa klubuna keçib Almaniya millisinin və "Bavariya" klubunun keçmiş müdafiəçisi Jerom Boatenq karyerasını Fransada davam etdirəcək.
Futbol
282
1 Sentyabr , 2021 10:34
Bavariyadan ayrılan dünya çempionu Fransa klubuna keçib

Almaniya millisinin və "Bavariya" klubunun keçmiş müdafiəçisi Jerom Boatenq karyerasını Fransada davam etdirəcək.

"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi "Lion"la anlaşıb.

Almaniyalı oyunçu tibbi müayinədən keçəcək və iki illik müqavilə imzalayacaq. O, artıq bu gün yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi