"Bavariya" Çempionlar Liqasında rekord qırıb

"Bavariya" Çempionlar Liqasında rekord qırıb “Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə Çempionlar Liqasının rekordunu qırıb.
Futbol
13 Oktyabr , 2022 03:29
Bavariya Çempionlar Liqasında rekord qırıb

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə Çempionlar Liqasının rekordunu qırıb.

“Report” “Opta”ya istinadən xəbər verir ki, alman klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib.

Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib.

Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya Plzen” klubunu 4:2 hesabı ilə məğlub edib. Yulian Nagelsmanın komandasının heyətində Leon Goretska dubla, Sadio Mane və Tomas Müller hərəyə bir qola imza atıb.

“Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. O, beşinci turda “Barselona” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi