"Bavariya" "Borussiya"nın sabiq baş məşqçisi ilə razılıq əldə edib

"Bavariya" "Borussiya"nın sabiq baş məşqçisi ilə razılıq əldə edib Tomas Tuxel tezliklə komanda ilə müqavilə bağlayacaq
Futbol
30 Sentyabr , 2017 04:13
Bavariya Borussiyanın sabiq baş məşqçisi ilə razılıq əldə edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun rəhbərliyi Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxel ilə razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mütəxəssis yaxın vaxtlarda müqavilə bağlayacaq və Münhen klubunun baş məşqçisi olacaq.

Alman nəşri Tuxelin fotosunu dərc edərək, onun Münhenə yola düşdüyünü iddia edib.

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti sentyabrın 28-də istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi