"Bavariya" 19 yaşlı futbolçu üçün 55 milyon avro təklif edib
Futbol
- 23 iyul, 2024
- 12:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubu Fransa təmsilçisi "Renn"in 19 yaşlı yetirməsi Dezir Dueni heyətinə qatmaq üçün yüksək məbləğ təklif edib.
"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, Münxen klubu bu transfer üçün 55 milyon avro, həmçinin əlavə bonuslar verməyə hazırdır.
Reallaşacağı təqdirdə bu, Almaniya klubunun bütün zamanlarda ən bahalı 4-cü transferi olacaq. Münxen təmsilçisi bundan əvvəl Maykl Olis üçün İngiltərənin "Kristal Pelas" klubuna 53 milyon avro ödəyib.
Qeyd edək ki, D.Due son mövsümdə "Renn" klubunun heyətində meydana çıxdığı 31 oyunda 4 qolla yadda qalıb.
Son xəbərlər
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr