BATE-nin müdafiəçisi: "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi"

BATE-nin müdafiəçisi: "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi" Bakı. 15 avqust. REPORT.AZ/ Əlbəttə, ağır oyun oldu. Özünüz hər şeyi əla gördünüz. Lakin bu mərhələdə asan oyun ola bilməz. Əsas məsələ odur ki, biz növbəti mərhələdəyik və buna çox şadıq.
Futbol
15 Avqust , 2018 00:56
BATE-nin müdafiəçisi: Qarabağın azlıqda qalması bizə çox kömək etdi

Bakı. 15 avqust. REPORT.AZ/ "Əlbəttə, ağır oyun oldu. Özünüz hər şeyi əla gördünüz. Lakin bu mərhələdə asan oyun ola bilməz. Əsas məsələ odur ki, biz növbəti mərhələdəyik və buna çox şadıq".

"Report" xəbər verir ki, bunu Belarus BATE-sinin futbolçusu Yeqor Filipenko "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

30 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisinin xeyli əsəbi olması diqqətdən yayınmayıb. O, fikirlərini Ağdam komandasının futbolçularının sərt və kobud oyunu ilə əlaqələndirib:

"Prinsipcə, bunun cəzasını da aldılar. "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi. Bəli, razıyam ki, İnnosent Emeqaranın qovulmasında bizim baş hakimdən tələbimizin də rolu oldu. Digər tərəfdən, hər şey ədalətlidir. Rəqib futbolçu sərt oynadı və ikinci sarı vərəqəyə səbəb olan qayda pozuntusuna yol verdi".

BATE ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksəlib. Belarus təmsilçisinin növbəti rəqibi Hollandiya PSV-si olacaq. "Qarabağ" isə Avropa Liqasının "pley-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.

Son xəbərlər

Orphus sistemi