Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun digər oyunları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma gerçəkləşəcək.
Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu İstanbulda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edəcək. H qrupunun digər matçında turnirin son finalçısı Fransa PSJ-si Almaniyada “Leyptsiq”in qonağı olacaq.
G qrupunun II turunda İtaliyada İspaniya "Barselona"sına 0:2 hesabı ilə uduzmuş "Yuventus" Macarıstanda “Ferenstvaroş”la üz-üzə gələcək.
Kataloniya təmsilçisi isə evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.
Çempionlar Liqası, qrup mərhələsi
III tur
4 noyabr
E qrupu
00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya)
00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa)
Xal durumu: “Çelsi” - 4, “Sevilya” - 4, “Krasnodar” - 1, “Renn” - 1
F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya)
00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)
Xal durumu: “Latsio” - 4, “Brügge” - 4, “Borussiya” - 3, “Zenit” - 0
G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Ferenstvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya)
Xal durumu: “Barselona” - 6, “Yuventus” - 3, “Dinamo” - 1, "Ferentsvaroş" - 1
H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə)
00:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa)
Xal durumu: “Mançester Yunayted” - 6, PSJ - 3, “Leyptsiq” - 3, “Başakşehir” - 0.