"Başakşehir"in prezidenti: "Qarabağ"ı qonaq etməkdən qürur duyacağıq"

"Başakşehir"in prezidenti: "Qarabağ"ı qonaq etməkdən qürur duyacağıq" "Dünən klubun binasında gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın "Qarabağ" komandasına evdə oyun keçirməyə icazə vermir, onlara fərqli ölkələrdə oynamaq variantı təklif olunub".
Futbol
23 Oktyabr , 2020 16:24
Başakşehirin prezidenti: Qarabağı qonaq etməkdən qürur duyacağıq
Göksel Gümüşdağ

"Dünən klubun binasında gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın "Qarabağ" komandasına evdə oyun keçirməyə icazə vermir, onlara fərqli ölkələrdə oynamaq variantı təklif olunub".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Başakşehir" klubunun prezidenti Göksel Gümüşdağ "Anadolu"ya müsahibəsində "Qarabağ"ın I qrupunun II turunda İspaniya "Vilyarreal"ı ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

O bildirib ki, variantlar arasında Türkiyə də olub: "Qarabağ" tərəfi da UEFA və "Başakşehir" klubu icazə verərsə, burada oynamaq istədiyini bildirib. Mən də baş direktorumuza dedim ki, Azərbaycan və "Qarabağ"lı can qardaşlarımızın hamısını burada qonaq etməkdən qürur və xoşbəxtlik duyacağıq. Biz hər zaman iki dövlət, bir millət hissini yaşayırıq. Dostluq, qardaşlıq çətin gündə bilinər".

Klub prezidenti stadionun, hətta evlərinin də qapısını "Qarabağ"ın üzünə açmağa hazır olduqlarını vurğulayıb: "Yoldaşlara dedim ki, dərhal "Qarabağ"la əlaqə saxlayın. Biz tərəfdən heç bir problem yoxdur. UEFA fikrimizi soruşdu, müsbət cavab verdik. Oktyabrın 28-də Çempionlar Liqasında PSJ ilə oyunumuz var. Bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa ehtiyac yoxdur. Biz onları ən yaxşı şəkildə qəbul etməyə hazırıq".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi