Baş məşqçi Türkiyə ilə matçdan öncə koronavirusa yoluxdu

Baş məşqçi Türkiyə ilə matçdan öncə koronavirusa yoluxdu Futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi koronavirusa yoluxub.
Futbol
11 Noyabr , 2020 16:13
Baş məşqçi Türkiyə ilə matçdan öncə koronavirusa yoluxdu
Marko Rossi

Futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi koronavirusa yoluxub.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, test nəticəsi müsbət olan 56 yaşlı mütəxəssis komandadan təcrid edilib.

Qeyd edək ki, Macarıstan seçməsi Millətlər Liqasında noyabrın 15-də Serbiyanı, 3 gün sonra isə Türkiyəni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi