"Barselona" və "Real Madrid"in start heyətləri açıqlanıb

"Barselona" və "Real Madrid"in start heyətləri açıqlanıb İspaniya La Liqasının X turundan təxirə salınmış və bu gün “Kamp Nou” stadionunda baş tutacaq Barselona və Real Madrid matçının start heyətləri açıqlanıb.
Futbol
18 Dekabr , 2019 22:37
Barselona və Real Madridin start heyətləri açıqlanıb

İspaniya La Liqasının X turundan təxirə salınmış və bu gün “Kamp Nou” stadionunda baş tutacaq "Barselona" "Real Madrid" matçının start heyətləri açıqlanıb.

"Report" xəbər verir ki, komandalar meydana bu heyətlə çıxacaqlar

"Barselona": Mark Andre ter Şteqen, Semedu, Jerar Pike, Kleman Lanqle, Jordi Alba, Serxi Roberto, Serxio Buskets, Frenki de Yonq, Lionel Messi, Antuan Qrizmann, Luis Suares.

"Real Madrid": Tibo Kurtua, Ferlan Mendi, Rafael Varan, Serxio Ramos, Daniel Karvaxal, Toni Kroos, Kazemiro, İsko, Federiko Valverde, Kərim Benzema, Qaret Beyl.

Qeyd edək ki, qarşılaşma oktyabrda Kataloniyanın paytaxtındakı siyasi etirazlara görə təxirə salınıb.

Komandalar indiyə qədər bütün turnirlərdə 275 dəfə qarşılaşıblar. Onlardan 115-də “Barselona”, 99-da “Real Madrid” qalib gəlib, 61 matçda heç-heçə ilə başa çatıb. Kataloniyalılar top fərqində də üstündürlər – 482:446.

Son xəbərlər

Orphus sistemi