"Barselona" "Valensiya”ya məğlub olub
Futbol
- 25 yanvar, 2020
- 17:10
"Barselona" futbol komandası İspaniyanın çempionatının 21-ci turunun matçında “Valensiya” ilə qarşılaşıb.
“Report” xəbər verir ki, matç Valensiyanın "Mestalya" stadionunda keçirilib və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 48-ci dəqiqəsində "Barselona" müdafiəçisi Jordi Alba topu öz qapısına vurub. "Valensiya"nın heyətində isə Maksi Qomes fərqlənib. O, 77-ci dəqiqədə komandasının hesabdakı üstünlüyünü artırıb.
Məğlubiyyətə baxmayaraq “Barselona” İspaniya çempionatının turnir cədvəlində liderliyini davam etdirir. Komanda 21 qarşılaşmada 43 xal toplayaraq “Real”ı üstələyib. Bununla yanaşı, Madrid klubunun ehtiyatında daha bir matç da var. “Valensiya” isə 21 matçdan sonra 34 xalla siyahıda 5-ci yerə yüksəlib.
Son xəbərlər
07:27
Pezeşkian ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
Region07:00
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Formula 106:46
Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Digər ölkələr06:26
Ceyhun Bayramov artan islamafobiyaya qarşı İƏT-nin birgə fəaliyyətinə diqqət çəkib
Xarici siyasət05:49
Kolumbiya İranla diplomatik münasibətləri kəsib
Digər ölkələr05:24
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Region04:53
Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət04:25
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
Digər ölkələr03:56