"Barselona" türkiyəli futbolçunu transfer etdi

"Barselona" türkiyəli futbolçunu transfer etdi İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
9 İyul , 2021 15:36
Barselona türkiyəli futbolçunu transfer etdi
Yusuf Demir

İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Avstriya "Rapid"inin yarımmüdafiəçisi Yusuf Demiri icarəyə götürüb. 18 yaşlı türk əsilli oyunçu ilə 1 illik müqavilə imzalanıb.

La Liqa klubu növbəti mövsümün sonunda 10 milyon avro təzminat qarşılığında istedadlı futbolçunu birdəfəlik transfer edə bilər.

Avstriya millisinin formasını geyinən Demir hələlik "Barselona"nın B komandasında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi