"Barselona" tarixində 7-ci dəfə ili öz meydanında məğlubiyyətsiz başa vurub

Futbol
  • 22 dekabr, 2019
  • 02:25
Barselona tarixində 7-ci dəfə ili öz meydanında məğlubiyyətsiz başa vurub

"Barselona" futbol komandası bu il ev oyununda heç bir matçı uduzmayıb.

"Report" xəbər verir ki, komanda "Kamp Nou" keçirdiyi 28 matçda 24 qələbə qazanıb və 4 dəfə heç-heçə oynayıb. Topların fərqi 81-20-ə təşkil edib.

Belə nailiyyətə kataloniyalılar öz tarixlərində yeddinci dəfə imza atıblar. Daha əvvəl "Barselona" 1957, 1959, 1968, 1974, 1975 və 2011-ci illərdə "Kamp Nou"da məğlubiyyətsiz başa vurub.

"Barselona" 39 xal yığaraq İspaniyanın çempionatının yarış cədvəlində 1-ci yer tutur. Üçlüyə həmçinin Madrid "Real" klubu (36 xal) və "Sevilya" (34) daxildir.

44 filmi