"Barselona" qış fasiləsində 3 yeni futbolçu alacaq

"Barselona" qış fasiləsində 3 yeni futbolçu alacaq İspaniya "Barselona"sının prezidenti Joan Laporta qış transfer pəncərəsindəki hədəflərini açıqlayıb.
Futbol
6 Noyabr , 2021 13:33
Barselona qış fasiləsində 3 yeni futbolçu alacaq

İspaniya "Barselona"sının prezidenti Joan Laporta qış transfer pəncərəsindəki hədəflərini açıqlayıb.

"Report"un məlumatına görə, funksioner "TV3"ə açıqlamasında fasilədə 3 yeni futbolçu almaq istədiklərini bildirib.

Onun sözlərinə görə, artıq klub bu istiqamətdə işlərə başlayıb: "Serxio Aqueronun səhhətindəki problemə görə hazırda mərkəz hücumçusu axtarışındayıq. Digər mövqelərlə bağlı işlər isə yaxın günlərdə start götürəcək".

Laporta deyib ki, bütün transferlər yeni baş məşqçisi Xavi Ernandesin razılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, "Barselona" 41 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonunadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi