İspaniya prokurorluğu "Barselona"nın sabiq prezidenti üçün 11 il həbs cəzası istəyib
Futbol
- 25 fevral, 2019
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 fevral. REPORT.AZ/ İspaniyanın “Barselona” futbol klubunun keçmiş prezidenti Sandro Rosellin məhkəməsi başlayıb.
"Report" EFE agentliyinə istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə Rosell ilə yanaşı, onun həyat yoldaşı Marta Pineda və bir neçə şəxs olub. Onlar Braziliya Futbol Konfederasiyasının 20 milyon avrosunun "yuyulmasında" ittiham olunurlar.
İspaniya prokurorluğu Kataloniya təmsilçisinin sabiq prezidenti üçün 11 il həbs cəzası istəyib. Onun həyat yoldaşını isə 7 il həbs gözləyir.
Qeyd edək ki, Sandro Rosell 2010 - 2014-cü illərədə “Barselona” klubunun prezidenti olub. O, 2017-ci ilin mayında saxlanılıb.
Son xəbərlər
20:11
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
Futbol
20:08
Foto
Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub
Region
19:58
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub
Region
19:57
"Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar"
Futbol
19:42
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Hadisə
19:42
EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir
Maliyyə
19:41
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"
Futbol
19:39
Ceyhun Bayramov: Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum
Xarici siyasət
19:30
Frenki de Yonq: "Sabah" kifayət qədər yaxşı futbol sərgiləyən komandadır"
Futbol