"Barselona"nın hücumçusu yenə məşqə gecikib

"Barselona"nın hücumçusu yenə məşqə gecikib İspaniya "Barselona"sının futbolçusu Usman Dembele növbəti dəfə intizamsızlığı ilə diqqət mərkəzinə düşüb.
Futbol
955
20 Noyabr , 2021 14:13
Barselonanın hücumçusu yenə məşqə gecikib

İspaniya "Barselona"sının futbolçusu Usman Dembele növbəti dəfə intizamsızlığı ilə diqqət mərkəzinə düşüb.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu yenə komandanın səhər məşqinə gecikib.

24 yaşlı forvardı paltardəyişmə otağında görməyən məşqçilər heyəti ona zəng edib. Həmin vaxt oyunçunun evdə olduğu üzə çıxıb. O, bir neçə dəqiqədən sonra özünü hazırlıq prosesinə çatdırıb.

Qeyd edək ki, bu, Usman Dembelenin Xavi Ernandesin "Barselona"ya baş məşqçi təyin olunmasından sonra 2-ci intizamsızlığıdır. O, daha əvvəl məşqə 3 dəqiqə gecikdiyi üçün cərimələnib. Futbolçunun bu dəfə də analoji sanksiya ilə üzləşəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi