"Barselona"nın gənc futbolçusu "Yuventus"a keçə bilər

"Barselona"nın gənc futbolçusu "Yuventus"a keçə bilər İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.
Futbol
27 Oktyabr , 2020 18:20
Barselonanın gənc futbolçusu Yuventusa keçə bilər
Ansu Fati

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "Calcio Mercato"ya istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə "Yuventus" maraqlanır.

Turin təmsilçisi yay transfer dönəmində gənc oyunçu üçün Kataloniya klubuna 120 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Ansu Fati cari mövsüm La Liqada 5 oyunda meydanda olub. O, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi