"Barselona"nın hücumçusu Azərbaycan millisinə qarşı oynamayacaq

"Barselona"nın hücumçusu Azərbaycan millisinə qarşı oynamayacaq Futzal üzrə İspaniya yığması Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi D qrupunun II tur matçına ciddi itki ilə çıxacaq.
Futbol
25 Yanvar , 2022 15:36
Barselonanın hücumçusu Azərbaycan millisinə qarşı oynamayacaq

Futzal üzrə İspaniya yığması Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi D qrupunun II tur matçına ciddi itki ilə çıxacaq.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, komandanın aparıcı oyunçusu Adolfo Fernandes Dias koronavirusa yoluxduğu üçün qarşıdakı görüşü də buraxacaq.

Hazırda karantində olan "Barselona"nın 29 yaşlı forvardı Bosniya və Herseqovinanı 6:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada da eyni səbəbdən iştirak etməyib.

Qeyd edək ki, yanvarın 26-da oynanılacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ilk görüşündə Gürcüstan yığmasına 2:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi