"Barselona"nın futbolçusu yenidən zədələndi

"Barselona"nın futbolçusu yenidən zədələndi İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Roberto yenidən zədələnib.
Futbol
4 Fevral , 2021 11:06
Barselonanın futbolçusu yenidən zədələndi
Serxio Roberto

İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Roberto yenidən zədələnib.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə kubokunun 1/4 finalında "Qranada" ilə matçda xəsarət alan 29 yaşlı müdafiəçinin əzələsində problem aşkarlanıb.

57-ci dəqiqədə əvəzlənən oyunçunun yaşıl meydanlara dönüş vaxtı məlum deyil.

Qeyd edək ki, İspaniya mətbuatı Serxio Robertonun koronavirus testinin 26 dəfə müsbət çıxdığını yazıb. O, noyabrda zədələndiyi üçün iki ay yaşıl meydanlardan uzaq qalıb.

Son xəbərlər

Orphus sistemi