Serxio Aqüero ürəyindəki problemə görə karyerasını bitirə bilər

Serxio Aqüero ürəyindəki problemə görə karyerasını bitirə bilər İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Aquero ürək problemləri ucbatından karyerasını başa vura bilər.
Futbol
12 Noyabr , 2021 13:53
Serxio Aqüero ürəyindəki problemə görə karyerasını bitirə bilər
Serxio Aquero

İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Aqüero səhhəti ilə əlaqədar karyerasını başa vura bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun ürəyindəki problemlərin gözləniləndən ciddi olduğu üzə çıxıb.

Həkimlər ona bir daha meydana qayıtmayacağı ilə bağlı xəbərdarlıq ediblər.

Qeyd edək ki, Serxio Aqüero "Alaves"lə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın XII tur matçının 41-ci dəqiqəsində nəfəs darlığından əziyyət çəkdiyi üçün əvəzlənərək xəstəxanaya aparılıb. Argentinalı hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub. Kataloniya təmsilçisi forvardın 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi