“Barselona” Messiyə 10 illik müqavilə təklif etdi

“Barselona” Messiyə 10 illik müqavilə təklif etdi “Barselona” hücumçu Lionel Messiyə onillik müqaviləni imzalamağa təklif edib
Futbol
28 May , 2021 06:52
“Barselona” Messiyə 10 illik müqavilə təklif etdi
Lionel Messi

İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messiyə on illik müqaviləni imzalamağı təklif edib.

Bu barədə “Report” “Catalunya Radio”ya istinadən xəbər verir.

Bildirilir ki, müqavilənin şərtlərinə əsasən, Messi daha iki mövsüm klubun şərəfini qoruyacaq. Bundan sonra argentinalı oyunçu “Barselona”nın səfiri qismində üç il ərzində ABŞ-ın MLS liqasında çıxış edəcək.

Müqavilənin qalan 5 ili ərzində Messi “Barselona”nın strukturunda vəzifələrin birini tutacaq. Qeyd olunur ki, kataloniyalılar argentinalı hücumçu ilə müqavilənin uzadılması məsələsində nikbindir.

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci il tarixində bitir. Otuz üç yaşlı futbolçu bütün karyerasını klubunda oynayıb. Messi “Barcelona”nın heyətində dörd dəfə Çempionlar Liqası Kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi