"Barselona" Messi olmadan qalib gələ bilmədi

"Barselona" Messi olmadan qalib gələ bilmədi Futbol üzrə İspaniya La Liqasının XVI tur matçında "Barselona" "Eybar"ı qəbul edib. "Report"un məlumatına görə, "Nou Kamp" stadionunda keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 1:1.
Futbol
30 Dekabr , 2020 00:57
Barselona Messi olmadan qalib gələ bilmədi
0 : 00
0 : 00

Futbol üzrə İspaniya La Liqasının XVI tur matçında "Barselona" "Eybar"ı qəbul edib.

"Report"un məlumatına görə, "Nou Kamp" stadionunda keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 1:1.

8-ci dəqiqədə meydan sahiblərindən Martin Breytueyt penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində 57-ci dəqiqədə Kike Qarsiya qonaq komandanı önə keçirib. 67-ci dəqiqədə isə Usman Dembele bərabərliyi təmin edib.

"Barselona"nın hücumçusu Lionel Messi məşqçilər heyətinin qərarı ilə bu görüşü buraxıb. Zədə üzündən Jordi Alba, Ansu Fati, Jerar Pike və Serxio Roberto da meydana çıxmayıb.

Bu nəticədən sonra xalını 25-ə çatdıran "Barselona" 6-cı, 16 xala malik "Eybar" isə 14-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi