"Barselona" Kataloniyadakı referenduma görə bu günkü matçın yerini dəyişmək xahişi ilə müraciət edib

"Barselona" Kataloniyadakı referenduma görə bu günkü matçın yerini dəyişmək xahişi ilə müraciət edib Federasiya rəhbərliyinin "Barselona"ya hansı cavab verməsi barədə məlumat yoxdur
Futbol
1 Oktyabr , 2017 15:49
Barselona Kataloniyadakı referenduma görə bu günkü matçın yerini dəyişmək xahişi ilə müraciət edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Barselona" futbol klubu regionda müstəqillik haqqında referendumun keçirilməsinə görə, İspaniyanın Futbol Federasiyasına bu gün "Las-Palmas"la planlaşdırılan 7-ci tur matçını keçirmək xahişi müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "Marca" bildirib.

Bildirilir ki, matçın ləğvi və ya başqa stadiona keçirilməsi hüququna çempionat rəhbərliyi deyil, məhz federasiya malikdir.

Qeyd edək ki, matç bu gün, Bakı vaxtı ilə saat 17:15-də "Kamp Nou" stadionunda keçirilməlidir.

Federasiya rəhbərliyinin "Barselona"ya hansı cavab verməsi barədə hələlik hər hansı məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi