"Barselona" futbolçusu ilə müqaviləni uzadıb

Futbol
  • 04 iyun, 2018
  • 09:09
Barselona futbolçusu ilə müqaviləni uzadıb

Bakı. 4 iyun REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu Samuel Yumtiti ilə müqavilənin müddətini uzadıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, komanda 25 yaşlı müdafiəçi ilə 2025-ci ilə qədər sözləşmə imzalayıb. 

Qeyd edək ki, Samuel Yumtiti 2016-cı ildə Fransa "Lion"undan "Barselona"ya transfer olunub. Fransa millisinin üzvü bu mövsüm İspaniya çempionatında 25 oyunda meydanda olub. 

44 filmi