"Barselona" ÇL-in 1/8 finalına vəsiqəni təmin edən ilk komanda olub

"Barselona" ÇL-in 1/8 finalına vəsiqəni təmin edən ilk komanda olub Bakı. 7 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 4-cü tur matçında İnter öz meydanında Barselona ilə 1:1 hesablı heç-heçə edib. Görüş Milanın Cüzeppe Meatsa stadionunda baş tutub.
Futbol
104
7 Noyabr , 2018 05:40
Barselona ÇL-in 1/8 finalına vəsiqəni təmin edən ilk komanda olub

Bakı. 7 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 4-cü tur matçında "İnter" öz meydanında "Barselona" ilə 1:1 hesablı heç-heçə edib. Görüş Milanın "Cüzeppe Meatsa" stadionunda baş tutub.

“Report” xəbər verir ki, matçda hər iki qol ikinci hissənin sonlarından vurulub.

Oyunun 83-cü dəqiqədə Malkom "İnter"in qapıçısını məyus edərək hesabı açıb. Lakin 87-ci dəqiqədə Mauro İkardi ev sahiblərini məğlubiyyətdən xilas edib.

"Barselona" bu nəticə sayəsində turnirin 1/8 final mərhələsində iştirakı özünə təmin etmiş ilk komanda olub. Kataloniya klubu 17-ci dəfə ardıcıl olaraq ÇL-in qrup mərhələsini uğurla adlamağı bacarıb.

"Barselona" hazırda aktivində 10 xalla "B" qrupuna liderlik edir. "İnter" 7 xalla ikinci, "Tottenhem" (4) üçüncü, PSV (1) isə sonuncudur.

Qeyd edək ki, ötən gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Son xəbərlər

Orphus sistemi