"Barselona" Çempionlar Liqasının qalibi oldu

"Barselona" Çempionlar Liqasının qalibi oldu İspaniyanın "Barselona" klubu futzal üzrə Çempionlar Liqasının qalibi olub.
Futbol
12 Oktyabr , 2020 09:41
Barselona Çempionlar Liqasının qalibi oldu

İspaniyanın "Barselona" klubu futzal üzrə Çempionlar Liqasının qalibi olub.

"Report"un məlumatına görə, Kataloniya komandası finalda ölkənin digər təmsilçisi "El Poso"nu məğlubiyyətə uğradıb - 2:1. "Barsa" 2012 və 2014-cü ildən sonra tarixində üçüncü dəfə nüfuzlu mükafata sahib çıxıb.

Onlar yarımfinalda müvafiq olaraq, Rusiyanın KPRF və "Tümen" komandalarını üstələyiblər.

3-cü yer uğrunda görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə KPRF daha dəqiq olub - 3:1.

Son xəbərlər

Orphus sistemi