"Barselona" braziliyalı futbolçu transfer etdi

"Barselona" braziliyalı futbolçu transfer etdi İspaniya"Barselona"sı Braziliyanın "San Paulu" komandasının futbolçusu Qustavo Mayyanı transfer edib
Futbol
679
6 Avqust , 2020 13:36
Barselona braziliyalı futbolçu transfer etdi

İspaniya "Barselona"sı Braziliyanın "San Paulu" komandasının futbolçusu Qustavo Mayyanı transfer edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

Kataloniyalıların 4,5 milyon avro qarşılığında heyətinə qatdığı gənc forvard hələlik B komandasında çıxış edəcək. La Liqa təmsilçisinin yeni transferinə 300 milyon avro təzminat qiyməti qoyacağı gözlənilir.

Qeyd edək ki, Qustavo Mayya Braziliyanın U-16 və U-17 yığmalarının da formasını geyinib. 

Orphus sistemi